Azərbaycan mətbuatı 145 illiyini qeyd edir. Bu
möhtəşəm günün tarixi, əhəmiyyəti cəmiyyətimiz uçun çox əhəmiyyətlidir. Banisi
Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan Mətbuatı 145 ildə
durmadan inkişaf edib və bu gün dünya ölkələrinin mətbuatı arasında fərqlənir.
İlk öncə mətbuatımızın keçdiyi tarixi yola
qısaca nəzər yetirək. "Əkinçi” qəzetinin nəşri ilə tarixə yazılan mətbuat gününün səbəbkarı
Həısən Bəy Zərdabi o dövrün problemlərini dilə gətirir, davamlı olaraq qəzetin
nəşr olunması üçün əlindən gələni əsirgəmirdi. Qafqazda əks-səda doğuran "Əkinçi” 1875-1877-ci
illər ərzində fəaliyyət gösdərib, 56 nömrəsi işıq üzü görmüşdür. "Əkinçi” qəzeti
xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol
oynamışdır. Qəzet mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet
bağlanmışdırə. Azərbaycan mətbuatının
ilk müjdəçisi "Əkinçi”dən sonra bu sahədə
xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında "Ziya”,( 1879), "Kəşkül”(1880),
Kasbi ( 80-90-cı illər) qəzetlərin nəşri başlamışdı. Ümummilli lider Heydər
Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik edəndən sonra Azərbaycan mətbuatı nöbəti
inkişaf mərhələsinə qədəm qoydu. Qəzetlərin illərdən bəri yığlıb qalan maliyyə borcları silindi,
senzura aradan qaldrıldı. Ölkədə azad, demokatik mətbuat formalaşmağa başladı.
Həmin dövürdə bir sıra media qurumları yaranmağa başladı ki, Bu gün həmin media
qurumları Azərbaycan cəmiyyətində xüsusi yerə malikdir.
Azərbaycan Respubilkasının Prezidenti Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycana
rəhbərlik edəndən sonra Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm
qoydu. Medianın hüquqi bazası dahada təkmilləşdirildi. Kütləvi İnformasiya
Vasitələrinə (KİV) Dövlət Dəsdəyi Fondu yaradıldı. Fondun məqsədi Azərbaycanda
media sahəsində həyata keçirilən işlərə dəsdək olmaq, qəzet redaksıyaların maddi-texniki
bazasının təkimləşdirilməsinə nail olmaqdan ibarətdir. Aradan keçən müdət ərzində
bu isdiqamətdə daha da adddımlar atılmışdır. Azəbaycan mediası inkişaf etmişdir.
Dünyada
bir ilk olaraq jurnalisdərin mənzil şəraitinin yaxşılaşdırma isdiqamətdə Cənab
Prezdentinin atdığı adımlar təqdir olunur. Təsadüfi deyil ki, jurnalistlər
arasında keçirilən rəy sorğularında cənab Prezident İlham Əliyev jurnalistlərin
dostu seçilib.
Elnarə Həziyeva