Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı

Azərbaycan qoşunları keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

Sabahinfo.az-ınməlumatına görə, bunu müdafiə nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırki məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı kəndləri işğaldan azad edilib.