COVİD-19 pandemiyası bütün dünya ölkələrində olduğu kimi Azərbaycandada bir sıra sahələrin bağlanmasına səbəb oldu. İsdər istesalat isdərsə də ticarət mərkəzlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulub. Yoluxmanın azalması, sağalanların çoxalması nəticəsində və yay fəsili olduğu üçün hökümət bir sıra yumşalmalara gedib. SMS icazələri ləğv olunub, çimərliklər vətəndaşların üzünə açılıb. Ölkə vətəndaşları artıq dənizdən tam söərbəst şəkildə istifadə edir. Buna baxmayaraq bir çox işbazlar fürsətdən istfadə edərək vətəndaşların başına oyun açır. Özəl çimərliklərdə insanları "soyular”. Ötən gün əməkdaşımz "My Beach Novkhanı” çimərliyində olub. O burada qarşılaşdığı mənzərədən dəhşətə gelib. Belə ki, sözügedən çimərlikdə adi boş stola 30 man tələb edilir. Düzdü buna görə çek də verilir. Ancaq qiymətlərin baha olması vətəndaşların narazılığına səbəb olub. Aidiyyatı qurumlardan xahiş edirik ki, bu kimi məsələlərə diqqətlə yanaşıb qiymətlərin təmzimlənməsində öz tapşırqlarını versinlər. Onu da qeyd edək ki, "My Beach Novkhanı” çimərliyinə yaxın ərazidə olan digər çimərliklərdə bu stollar adətən 10-15 man arası dəyişir.
P.S. Qarşı tərəfində mövqeyini işqlandırmağa hazırıq.
Elnarə Həziyeva