Nazirlik: Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırıldı.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Sabahinfo.az-a verilən məlumata görə, NRYTN ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.

Nazirlik Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edir.