Ermənistan baş naziri Nikol Panişyan növbəti dəfə Ermənistanın Gürcüstana qarşı olan ərazi iddialarını göstərib.
Trend-in məlumatına görə, Gürcüstanda ermənilərin keçirdiyi aksiyadan foto paylaşan Paşinyan təhrifə yol verib. Belə ki, Paşinyan fotonun üzərində "Cavaxeti" əvəzinə "Cavax" (Javakhk) qeyd edib.
Bu isə həmin bölgədə yaşayan ermənilərin həmin ərazini adlandırığı isimdir. Onlar həmin əraziyə "Cavax" deyir və bu ərazini Ermənistan ərazisi hesab edirlər.
Paşinyanın sosial şəbəkədəki bu paylaşımı sosial şəbəkələrdəki Gürcüstan vətəndaşları tərəfində ciddi narazılığa səbəb olub. Onlar Paşinyanı Azərbaycana olduğu kimi, Gürcüstana qarşı ərazi iddialarında günahlandırıb.