Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir neçə gün öncə qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Kəlbəcərin işğaldan azad olunması münasibətliə Azərbaycan xalqını, xüsusən kəlbəcərliləri təbrik edib.
Kəlbəcərin
azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən,
düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi
qiymətləndirilməlidir. Bu zəfər, həm də şanlı Azərbaycan Ordusunun igid,
qorxmaz, qəhrəman əsgər, çavuş, gizir və zabitlərinin müqəddəs və doğma
torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son
damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.
1993-cü il aprelin 2-də işğal
edilmiş Kəlbəcər rayonundan günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə
qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcərin
işğaldan azad olunmasını Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə və həsrətlə
gözləyirdi.
1992-ci ilin may ayında Şuşa və Laçın
rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi Kəlbəcərin
qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə, Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaranması hiyləgər və mənfur düşmənin öz
çirkin məqsədlərinin tezliklə həyata keçirilməsində əsas açar oldu. Bu
unudulmaz acı tarixi hadisədən sonra Azərbaycanın əzəli dədə-baba torpaqlarının
xain Ermənistan tərəfindən işğalı xeyli sürətləndirildi. Həmin dövrdə hakimiyyətdə
olmuş Azərbaycan Xalq Cəbhəsi Kəlbəcər rayonunun işğal altına düşməsinin
qarşısının alınması və əhalinin təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər
görə bilmədi. Torpaqlarımız işğala məruz qaldı, mülki əhali öz doğma
torpaqlarından didərgin salındı.
Ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər
zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində
yaşadan, bir neçə böyük çayımızın mənbəyi olan, heç vaxt unudulmaz və həmişə
yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Eyni zamanda, füsunkar uca dağları,
şiş qayaları, saysız-hesabsız müalicəvi bulaqları, tayı-bərabəri olmayan yaşıl
çəmənləri və meşələri ilə qəlbləri heyran edən və riqqətə gətirən
elimizin-obamızın iftixar yeridir. Kəlbəcər həm də Azərbaycan aşıq sənətinin məbədgahıdır.
Aşıq Qurbanın, Dədə Şəmşirin, onlarca tanınmış istedadlı şair və yazıçıların Vətənidir.
Zəngin mineral ehtiyatları ilə məşhur
olan Kəlbəcər yaramaz, utanmaz və heç bir abır-həya bilməyən, faşist
ideologiyasına can-başla xidmət etməkdən çəkinməyən, həyasız sabiq Ermənistan
liderləri Köçəryan, Sarkisyan və digərləri başda olmaqla millətçi və xəbis ermənilər
tərəfindən talanmış və məhv edilmişdir. Bu yırtıcı və amansız cəlladlar və
oğrular kəlbəcərlilərin evlərinə girib soxularaq 27 ilə yaxın orada yaşayıblar.
Ancaq Kəlbəcəri tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri
qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar. Ekoloji faciə və
fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri
yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerləyeksan etdilər.
Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri
ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xəttlərini isə tam
yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda
vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam
çılpaqlığı ilə açıq-aydın göstərdilər. Bu şərəfsiz simasızlıqları ilə, hətta onları
daim müdafiə edən və dəstəkləyən ölkələrə də üzqaralığı gətirdilər. Başını
aşağı dikdirdilər. Haqqı-ədaləti qorumağı və müdafiə etməyi üstün tutan ölkələrin
bəziləri onların kimliyini gec də olsa, anladı və başa düşdülər.
Müzəffər Prezidentimiz cənab İlham
Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti
və onu idarəedən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı
kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə onların iç üzü olduğu
kimi açıldı. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddialarla
bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən
yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qorxulu bir düşməndir.
Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və
başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.
Atalar əbəs yerə deməyiblər ki, "yalanın ömrü
az olar” və yaxud "yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz”. Ordumuzun
tarixi zəfəri bu yalanlara və dağlar diyarı Kəlbəcərin döğma Vətən övladları ilə
müvəqqəti ayrılığına əbədi son qoydu. Bu qələbə münasibətilə başda Ali Baş
Komandan, möhtərəm cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan
xalqını və kəlbəcərliləri təbrik edirəm. Kəlbəcərli dostlar, qonşular,
ağsaqqallar, ağbirçəklər və gənclər, gözünüz aydın, sevinciniz davamlı və əbədi
olsun!
İnanıram ki, tarixi diyarımız və təbiət
incimiz olan Kəlbəcər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
tez bir zamanda tam bərpa ediləcək, yerli əhali doğma yurduna sevinc və fərəh
hissi ilə qayıdacaqdır. Onlar öz yurdsevərliyi, vətənpərvərlyi, mənəvi qürur, həmrəylik
hissləri və zəhmətləri ilə bu diyarı laləzara çevirəcəklər. Kəlbəcəri yenidən
qurub-yaratmaqla dirçəldəcək, doğma Vətənimizin ən gözəl və yaddaqalan guşələrindən
birinə çevirəcəkdir. Ən əsası bu kurort zonası azərbaycanlıların
sağlamlıqlarını etibar etdikləri əvəzolunmaz müalicə və istirahət ocağı
olacaqdır. Bu sevincli quruculuq planlarının uğurla həyata keçiriləcəyi günlər
uzaqda deyil.
Yaşasın müzəffər Azərbaycan Prezidenti, şanlı
və qalib Azərbaycan Ordusu! Azərbaycan xalqının bu birliyi var olsun və heç
vaxt tükənməsin!
ehtiyatda olan polkovnik-leytenant,
Milli Məclisin deputat köməkçisi,
Əməkdar müəllim