Rusiyalı kriminalist Mixail İqnatov "360” saytına verdiyi açıqlamada azərbaycanlı "qanuni oğru” Nadir Səlifov öldürülməsində maraqlı olan tərəfləri açıqlayıb.
"Azərbaycanın cinayətkar dairələri digər ölkələrdə tərəvəz, meyvə və göyərti satan həmvətənlərinə nəzarət edir. Cəfəri, şüyüd və sair göyərti məhsullarından 200-300 faiz gəlir əldə etmək olur. Bu, narkotik ticarətindən gələn gəlirlərlə müqayisə oluna bilər. Lakin bəzən digər ölkələrə göyərti ilə bərabər marixuana və həşiş də keçir”, deyə kriminalist bildirib.
M. İqnatovun sözlərinə görə, "Lotu Quli”in "Dörd fəsil”,"Fud siti” və başqa topdansatış bazarlarına nəzarətə görə Çeçenistan kriminal dairələri ilə konflikt yaşayıb.
İqnatov həmçinin 2017-ci ilin oktyabrında, 27 il əvəzinə 23 il həbs cəzası çəkən "Lotu Quli” şərti olaraq azadlığa buraxılmasına münasibət bildirib.
"Ümumiyyətlə, qanuni oğru şərti olaraq vaxtından əvvəl azadlığa çıxmamalıdır. Azadlığa çıxmaq üçün dövlətə müraciət etməklazımdır. Oğru qanunlarına görə o, hökumətdən heç bir şey istəməməlidir. Bəlkə sağlamlıqda problemlərə görə azadlığa çıxıb? Amma mən eşitməmişəm ki, qanuni oğrular cəzadan şərti olaraq vaxtından əvvəl azad olsunlar”, M. İqnatov çaşqınlıq içində fikrini yekunlaşdırıb.