Seçicilərindən Madər Musayevə təşəkkür

Binəqədi rayon II Mədən, korpus 74-də yaşayan bir qurup sakini Milli Məclisin deputatı Madər Musayevə təşəkkür məktubu ünvanlayıb. Sakinlər bildirirlər ki, COVID-19 vurisu ilə bağlı elan olunmuş karantin rejimində belə daim seçicilərinin problemləri ilə maraqlanan Madər Musayev onların uzun illərdən bəri gözlədikləri problemini həll edib. Sakinlər adından danışan Günay Nağızadə deyir ki, uzun illərdir Binəqədi rayon II Mədən korpus 74 ünvanında yaşayır. Bu müddət ərzində su ən ciddi problem olaraq qalmaqda idi. Bununla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olsa da problem bu günə qədər həllini tapmamış qalmışdı.

G.Nağızadə onu da deyir ki, ərazidə uzun müddət öncə su xəttləri çəkilib. Ancaq çəkilən xətlər standartlara cavab vermədiyindən bəzən yağış yağan zaman konalizasiya suları onların su borularında olan suya qarışıb. Nəticədə keyfiyyətsiz su ilə qidalanmağa məcbur olan sakinlər Millət vəkili Madər Musayevə müraciət ediblər.

G.Nağızadə onu da bildirir ki, Madər Musayev hər bir seçicisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların problemini dərhal həll edir: "Biz mövcud problemlə bağlı Madər müəllimə məlumat verdik. Artıq müraciətdən 10 gün keçib. Hazırda yaşayış massivinə yeni su xətti çəkilir. Bu bizim üçün ən böyük xoşbəxtlikdir. Başda cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdrlıq edirik. Onlar hər zaman sadə vətəndaşın problemləri ilə maraqlanırlar. Madər müəllimdə yerdə cənab Prezidentin, Mehriban xanımın nümayəndəsi kimi öz seçicilərinə diqqətlə yanaşır. Onun karantin rejimində bizə belə bir sevinc bəxş etməsi sözün həqiqi mənasında bizə yaşamaq sevinci bəxş etdi.

Artıq ərazidə yaşayan 50 ailə Madər müəllimin bu xoş təşəbbüsündən yararlanacaq. Allah onun canını sağ etsin. Bir millət vəkili kimi biz Madər müəllimdən çox razıyıq. Və seçki zamanı ona verdiyimiz səslərə görə heç də peşiman deyilik. Təki bütün deputatlar Madər müəllim kimi daim seçicisinin yanında olsun”.