Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. Sabahinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.
Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: "Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik”.