Bakının məşhur "8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı bəzi saytlarda eləcə də sosial şəbəkələrdəməlumatlar yayılıb.
Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
"Hazırda "8-ci kilometr ticarət mərkəzi” adlanan ərazi fəaliyyət göstərir. Bazarda kənd təsərrüfatı məhsullarının satışı gedir. Ola bilər ki, geyim satılan bölmələr bağlansın, amma bütün hallarda bu barədə dəqiq məlumatımız yoxdur. Belə bir şey olsa belə,qərarı biz vermirik. Özəl sahibkarlıq subyektidir, qərarları da özləri verir. Orada çalışan kiçik sahibkarlardan bizə bazarın bağlanması ilə bağlı şikayət daxil olmayıb. Bazar bağlansa, aidiyyəti üzrə qurumlar rəsmi açıqlama vermiş olardı”.