"Demokratik Cəmiyyət
və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ”Postpandemiya
dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji
dəstəyin göstərilməsi” layihəsi çərçivəsində koronavirus (COVID-19)
pandemiyası dövründə mövcud vəziyyətlə əlaqədar gigiyenik qaydalara əməl
olunmaqla, məsafəni qorumaqla 10 nəfərlik tədbir həyata keçirib.
Postpandemiya
dövründə region vətəndaşlarının öz sağlamlıqları, eləcə də cəmiyyətimiz üçün
müəyyən gigyenik qaydalara əməl olunması istiqamətində həyata keçirilən
maarifləndirici tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin və digər rəhbər
orqanların nümayəndələri iştirak edib.
Layihə rəhbəri Mehriban
Abdullayeva ilk öncə layihə haqqında məlumat verib, daha sonra tədbir
iştirakçılarını yeniyetmə və gənclərin, xalqımızın COVİD-19 virusunun qurbanına
çevrilməməsi və bu problemin yaratdığı psixoloji sarsıntı, daha sonrakı ortaya
çıxaracaq fəasadlar haqqında məlumatlandırıb.
Daha sonra tədbir
iştirakçıları ilə psixolji söhbətlər aparılaraq, bildirib ki, karantin,
izolyasiya, evdə qal, sosial məsafə saxla, tibbi maskada gəz, təmaslardan qaç
və başqa qadağalar, ekran və efirdən püskürən kütləvi tələfat xəbərləri,
naməlum virusa qarşı heç bir tibbi müdafiə mexanizminin olmaması, tibb elminin
yeni bəla qarşısında aciz qalması istər-istəməz insanların psixologiyasın mənfi
təsirini göstərir. İnsanların çoxu nə etməli sualının cavabsızlığının,
qeyri-müəyyənliyin qorxusunu yaşayır. Psixoloq daha sonra qeyd edib ki,
problemli məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll
yolları da bir o qədər asanlaşar. İnsanlarımız gərək məqsədyönlü fəaliyyət
göstərərək yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına
əməl etməli, sosial məsafəni qorumalı, maska taxmalı, mövcud qaydalara ciddi
əməl etməlidirlər ki, özlərini və çevrələrini qoruya bilərlər.
Qeyd edək ki,
"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi
”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu
mövzuda psixoloji dəstəyin göstərilməsi” layihəsini Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə həyata keçirir. Layihə 5- İsmayıllı, Quba, Qusar, Xaçmaz,
Şirvan regionu əhatə edir.