Sosial şəbəkələrdə Zaqatala Olimpiya İdman Kompleksinin təmirdən qısa müddətsonra yararsız vəziyyətə düşməsi barədə görüntülər paylaşılıb. Bildirilir ki, olimpiya kompleksi hazırda istifadəsiz, baxımsız qalıb.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun Mətbuat katibi Səmayə MəmmədovaOxu.Az-a açıqlamasında bildirib ki, Zaqatala Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilməyib:
"Təhvil alındıqdan sonra Nazirlik obyektin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, müvafiq qurumlara bununla bağlı təkliflər göndərib. Müvafiq qərar təsdiq edildikdən sonra nazirlik tərəfindən əsaslı təmir işlərinə başlanılacaq.
Məlumat üçün bildirək ki, Zaqatala OİK təsərrüfat hesablı olduğu üçün onun yalnız qismən saxlanılması (cari xərclər) dövlət tərəfindən idman qurğularının saxlanılması üçün nazirliyə ayrılan vəsait hesabına aparılır. Əlavə olaraq bildiriməlidir ki, olimpiya idman növləri üzrə məşqlər qurğuda pulsuz şəkildə aparılır”, - deyə, S.Məmmədova vurğulayıb.