Ziya Bünyadov prospektində yol təmiri

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 4 və 5 iyul tarixlərində "3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə "20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Elnarə Həziyeva