Ankara Prokurorluğunun "Fətullahçı Terror Təşkilatı”nın 7 üzvü barədə irəli sürülən ittihamı məhkəmə tərəfindən qəbul edilib.
Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Həmin şəxslər yeni təyin olunmuş kadrların uğursuz fəaliyyət göstərməsini sübut etmək, hökumətdən intiqam almaq və digər ağır maddələrlə ittiham olunur. Türkiyə mediası yazır ki, ittiham aktının qəbul edilməsi ilə birlikdə Fətullah Gülənin adı rəsmən terror təşkilatının sədri kimi sənədlərə düşüb.