Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.İclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edərək Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.