Bu ilin 2 ayı ərzində Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı artıb.
Bu barədə MR-nın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 2017-ci ilin yanvar-fevral aylarında Muxtar Respublikaya 44 min 672 nəfər turist gəlib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz və ya 2847 nəfər çoxdur.