Həmin gün Türkiyədə Çanaqqala döyüşünün 100 illiyi keçiriləcək və bu tədbirdə Rusiya yüksək səviyyədə təmsil olunacaq.
"Rusiya Federasiyası türkiyəli tərəfdaşlarımızın Çanaqqala döyüşü ilə bağlı anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq”, - jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Putinin qondarma "erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsi üçün Ermənistana gedəcəyi ilə bağlı suala Peskov belə cavab verib:
"Məsələ əvvəlki kimi nəzərdən keçirilir, biz müvafiq elan edəcəyik”.
Qeyd edək ki, dünən Ermənistan XİN başçısı Edvard Nalbandyan Moskvada deyib ki, İrəvanda Putinin səfərini gözləyirlər.