Bunu energetika nazirinin müavini Natiq Abbasov bildirib
"Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmır".
Bunu energetika nazirinin müavini Natiq Abbasov bildirib.
"Gələcəkdə tələbat artacaq. Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi haqqında heç bir məsələ müzakirə aparılmır. Alternativ enerjiyə gəlincə, razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hal-hazırda onun tarifi 4,5 qəpikdir. Onun da qiymətinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb", - deyə nazir müavini bildirib.