İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib

Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb.


Səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.


Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.


Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak edəcək.