Topaz Premyer Liqasının 8-ci turunun "İnter" - "Qarabağ" matçından (0:2) sonra keçirlən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.
Qol.az-ın xəbərinə görə, oyunun çətin keçdiyini bildirən təcrübəli mütəxəssis qələbə qazandıqları üçün şad olduqlarını söyləyib:
-Həmişə olduği kimi yenə də "İnter"ə qarşı oyunumuz çətin alındı. Şükürlər olsun ki, səbr etdik və qələbə qazanan tərəf olduq. Rəqibin futbolçuları bir-birini çox yaxşı anlayır. Bunun üçün bizə çətin oldu. Miçel 3 gün əvvəl məşq zamanı əzələsini dartmışdı. "Atletiko"ya qarşı oynayıb-oynamayacağı sual altındadır.
- Komandanızın üzvü və millimizin yeni kapitanı Rahid Əmirquliyev Almaniya ilə görüşdən öncə himnimizi oxumamışdı. Buna münasibətiniz...
- İndi deyirsiniz, Rahid Əmirquliyevi həbsə ataq? Açığı, bu barədə düşünməmişdim. Biz onun əxlaqına çox yaxşı bələdik, hamımız onun intizamını bilirik. Rahid o futbolçulardandı ki, çox oyunçulara öz davranışları ilə nümunədir. Məncə, bu futbolçulara hörmətlə yanaşmaq lazımdır. Onun himni oxumaması vətənə sevgisinin olmadığı anlamına gəlmir. Mən bir azərbaycanlı kimi ona qibtə edirəm.
- Ağabala Ramazanov niyə oynamır?
- O, zədəli olduğu üçün komandaya qoşulmayıb.
- Ramil Şeydayev Almaniya ilə görüşün ən yaxşılarından biri olsa da, bu gün onu meydana buraxmadınız...
- Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.