Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevi bu ölkədə keçiriləcək "Arms Expo-2015” sərgisinə dəvət edib.
Məlumata əsasən Azərbaycana səfər edən Lavrov prezident İlham Əliyevlə görüşündə sərgidə iştirakla bağlı dəvətnaməni ona təqdim edib. "Azərbaycanlı dostlarımızın sentyabr ayında Sverdlovskda keçiriləcək və hərbi-texniki məhsullarımızın sərgilənəcəyi "Russia Arms Expo-2015” sərgisində iştirak edəcəyinə ümid edirik”, - deyə bildirib.
Xatırladaq ki, "Russia Arms Expo-2015” sərgisi 9-12 sentyabr tarixlərində Nijni Tagildə keçiriləcək.