Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib.
M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.
M. Pənahov siyasi partiyaların Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun qanun pozuntusu sayıldığını qeyd edib. MSK sədri siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.