Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ölkənin İstanbul, Ankara, İzmir, Kocaeli, Bursa və daha bir neçə şəhərində elektrik enerjisinin kəsilməsi ilə bağlı açıqlama verib.
Sabahinfo.az xəbər verir ki, nazir bu gün baş verən hadisənin səbəbinin dəqiq məlum olmadığını deyib:
"Saat 10:36-da sistem çökdü. Səbəb isə dəqiq bəlli deyil, bu, ötürücü xətlərdən də qaynaqlana bilər. Terror ehtimalı haqda dəqiq heç nə deyə bilmərəm. Səbəbini belə izah etməyim düzgün deyil. Əməliyyat səhvi, yoxsa kiberhücum olub-olmadığı araşdırılır. İndiyə qədər belə hadisə olmayıb”.