Zakir Həsənov Qazaxıstanın baş naziri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Kərim Məsimov ilə görüşüb. Sabahinfo.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin Müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.