"Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldır. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindir. Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır və digər ölkələrlə müqayisədə səviyyə yüksək deyil".
Sabahinfo.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisiRobert Prosineçkideyib.
Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində 10 xal qazanmağımızın Azərbaycan üçün rekord olduğunu bildirib: "Mən yığmada işə başlayanda FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu "Qarabağ" Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir".
Müqaviləsi Almaniya ilə oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini söyləyib: "Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusidir. Çünki rəqib dünya çempionudur".