"Mən müğənnilərin heç biri ilə dostluq etmirəm. Cəmi bir-iki yaxın olduğum adam var. Onlar da özləri bilir kimdir".
sabahinfo.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov "5/5" verilişində deyib.
Müğənni heç bir həmkarı ilə dostluq etmədiyini söyləyib:
"Həmkarlarımla yaxınlıq etmirəm. Bəziləri ilə oturub-duranda, ancaq başqa müğənninin qeybətini qırır. Mənim üçün dostumun yenilikləri maraqlı olar, uğurlarına sevinərəm. Onun haqqında danışmaq mənə maraqlı deyil".