Müğənni Ceyhun Əliyev özü ilə bağlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində xalq artisti Aygün Kazımova ilə duet oxumaq sevdasından danışıb.
O bildirib ki, onun duet oxumaq arzusuna meyxanaçı Namiq Qaraçuxurlu mane olub:
"O vaxtlar ən böyük arzum Aygün Kazımova ilə duet oxumaq idi. Mahnı yazdım, getdim müraciət etdim ki, oxuyaq. Dedilər ki, "Gecikmisən. Aygün Kazımova Namiq Qaraçuxurlu ilə oxuyacaq. Səndən də yaraşıqlıdır, boylu-buxunludur". Mən də geri qayıtdım"