Müğənni Könül Kərimova övladlarından bəhs edib.
sabahinfo.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, övladlarının müğənni ilə ailə qurmalarına icazə verməyəcək:
"Həmişə deyirəm ki, xeyir nədisə, Allah onu yazsın. İstər qızımın, istərsə də oğlumun bu sahədən biri ilə ailə qurmasını istəmirəm. Qızı özbaşına qoymaq olmaz. Övladın öz istəyi ilə ailə qurmasını qəbul etmirəm. Mən də sevgi ilə yox, ağılla ailə qurmuşam. Tək sevgiyə göz yummaq bizlik deyil. İstəyirəm ki, gəlinim gözümün qabağında olsun. Müğənni gəlin qəbul etmərəm. Evdə bir müğənni bəsdir".