Rusiyanın Sankt-Peterburq şəhərindəki yaşayış binalarından birində terrorçuların zərərsizləşdirilməsi zamanı iki partlayış baş verib.
Sabahinfo.az Fontanka-ya istinadən bildirir ki, teraktı törədən şəxslər Şimali Qafqaz sakinləridir. Onlar terrorçuluqda və qanunsuz silahlı birləşmələrdə iştirakda suçlanırdılar.
Lenin prospekti, 92/3 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının 6-cı girişində iki partlayış olub. Az sonra pəncərələrdən tüstü çıxıb.
İnterfaks məlumat verir ki, səhər saatlarında binanın mühasirəyə alınması ilə bağlı əməliyyat başlanmışdı. Hadisə yerində Rusiyanın Milli Qvardiyası, Federal Təhlükəsizlik Xidməti və "Qrad" antiterror dəstəsinin 20 maşını vardı.
Binalardan xeyli ağ kisələr və qutular çıxarılıb.