"Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən bu il oktyabrın 1-ə olan statistika açıqlanıb. sabahinfo.az saytı Elektron Hökumət Portalına istinadən xəbər verir ki, statistikaya əsasən, dövlət qurumları üzrə 64 008, fiziki şəxslər üzrə 16 590, hüquqi şəxslər üzrə isə 16 526 olmaqla, ümumilikdə 97 124 "elektron imza” sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Bu ilin 9 ayı ərzində istifadəyə verilən "elektron imza” sertifikatının ümumi sayı 19 892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 16 470, fiziki şəxslərin payına 772, hüquqi şəxslərin payına isə 2 650 "elektron imza” sertifikatı düşüb.