57 yaşını qeyd edən kişi ildırım vurması nəticəsində ölüb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bədbəxt hadisə Krasnoyarsk diyarının Esaulovo kəndində qeydə alınıb.
Ad günü keçirən adam arvadı və anası ilə motobloka bağlanan arabada Yenisey çayının sahilinə gedərkən tufan başlayıb. Arabadakı qohumlarının üstünü brezentlə ötrməyə cəhd edərkən onu ildırım vurub.