Azərbaycanda yeni serial. Qısa bir aradan sonra rejissor Amil Adiloğlu yeni bir seriala imza atmağı planlaşdırıb. Bu haqda rejissor özü Sabahinfo.az-a məlumat verib:
"Əslində çox düşündüm və azərbaycan tamaşaçısına maraqlı bir serial təqdim etmək qərarına gəldim. Təbii ki, bu iş məsuliyyətli olması ilə bərabər diqqətdö tələb edir. Qeyd edim ki,real həyatdan götürülmüş bu serialda tanınmış simalarla bərabər gənclərədə yer ayrılacaq. Serial ümid edirəm ki,tamaşaçı rəqbətini qazanacaq.
Serialın şərti adı "Mənə həyatımı qaytar"adlanır."
Həmçinin bildirək ki,serialın rejissoru Amil Adiloğlu,prodüsserləri Ülviyyə Şahin və Aydın Ulusoydur.