Avropa Yayım Birliyi (AYB) "Eurovision - 2016" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxmayacaq. Sabahinfo.az-in məlumatına görə, bu barədə AYB-nə istinadən "RİA” xəbər agentliyi bildirib.
Avropa Yayım Birliyi öz qərarını "Eurovision - 2016" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə başlayan petisiyadan sonra aşıqlayıb. Avroviziya təşkilatçılarına ünvanlanan petisiya 200 min səs toplayıb.
Belə ki, Ermənistan daha bir təxribata əl atmaqda davam edir. İrəvanda yaşayan Artur Ohanesyan "Eurovision - 2016" müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başladıb.
Petisiyanın yaranma günündən etibarənRusiya mətbuatı ermənilərin təxribatını sürətlə yaymağa başlayıb. Change.org saytında yerləşdirilən petisiya hüquqi status daşımır. Məlumatda deyilir ki, Avroviziyada münsiflər heyətinin iş qrafiki çətin olduğundan qalibi düzgün seçə bilməyiblər və səsvermə yenidən keçirilməlidir.
Petisiya haqqında Avroviziya təşkilatçıları xəbərdar olduqlarını deyiblər. "Bizim petisiyadan məlumatımız var. Bu gün baxılacaq və Avropa Yayım Birliyinin qərarı bir müddətdən sonra açıqlanacaq”. Buna baxmayaraq Avroviziyanın mətbuat katibi Pol Cordan səsverməyə yenidən baxılacağına çox az şans olduğunu deyib.