Kiyevin mərkəzində azərbaycanlı diplomatın iştirakı ilə avtomobil qəzası baş verib.
sabahinfo.az Ukrayna KİV-nə isitnadən xəbər verir ki, səfirliyin əməkdaşı Mitsubishi avtomobili ilə dönmə əməliyyatı yerinə yetirərkən (Kreşatik küçəsindən Şevçenko küçəsinə doğru) öncə səkiyə çıxıb, daha sonra isə yolun əks tərəfi ilə hərəkət edən Reanult avtomobilinə çırpılıb.
Qəza zamanı Reanult avtomobilinin sürücüsü ciddi xəsarət alıb. Azərbaycanlı diplomatın sükan arxasında içkili olduğu ehtimal olunur.