Bakıda "Formula 1” oyunları çərçivəsində keçiriləcək konsertdə iştirak edəcək dünya şöhrətli müğənni Meray Keri Mançesterdə törədilən terror aktında həyatını itirən türkiyəli gənc Martin Hakan Hetta görə ağlayıb.
Bununla bağlı hisslərini sosial şəbəkdə bölüşən ulduz müğənni bildirib:
"Terror zamanı həyatını itirənlərdən birinin mənim fanatım olduğunu öyrəndim. Məhv oldum. Göz yaşlarımı saxlaya bilmirəm. Onun və digərlərinin ailəsi üçün hər zaman dua edirəm”.
Qeyd edək ki, 29 yaşlı türkiyəli gənc Martin Hakan Hett Meray Kerinin fanatı olub. Hətta onlar bir müddət öncə görüşüblər. Hett bu görüşü həyatının "zirvə” nöqtəsi kimi dəyərləndirmişdi.
azvision.az