İtaliyanın Sahil Mühafizə Xidməti iyunun 11-də Aralıq dənizində keçirilən 11 xilasetmə əməliyyatı nəticəsində 1348 miqrantın xilas edildiyini bildirib.
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, son 3 gün ərzində 3000-dən çox miqran xilas edilib.
İtaliya DİN-in məlumatına görə, ilin əvvəlindən ölkəyə 50 min miqrant gəlib. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricindən cəmi 10 faiz azdır.
İlin əvvəlindən Avropa ölkələrinə, Aralıq dənizi vasitəsilə, ümumilikdə, 205 mindən çox miqrant gəlib. Onlardan 156 mini Yunanıstan sahillərinə, təxminən 37 mini isə İtaliyaya gəlib.