Bricit Brink: Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir

Aprel hadisələri  Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi. 

sabahinfo.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

"Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-stabildir”, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.  

O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.

"Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq” - B.Brink vurğulayıb.