"Hərbi xidmətə çağırılan 17-18 yaşlı gənclər arasında uroloji şikayətləri olanlar Respublika Klinik Uroloji Xəstəxanasına göndərilir". Lent.az-ın məlumatına görə, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib. Ş.Nəsirovun sözlərinə görə, 2015-ci il ərzində 1684 nəfər, cari ilin 6 ayı ərzində isə 283 nəfər hərbi xidmətə çağırılan gənc Bu il hərbi xiduroloji xəstəliklər üzrə müayinə olunub: "Həmin gənclər adətən xəstəliklərini əvvəldən bildikləri halda bizə göndərilir və hərbi xidmətə yola salmaq üçün onların vəziyyəti-xəstəlikləri aşkarlanır. Ötən il hərbi xidmətə çağırılan 1 xəstədə böyük çatışmazlığı aşkar olunub və o da dializə yönləndirilib".
Respublika Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə çıxışında bildirib ki, ötən il hər iki böyrəyi imtina edən xəstələrin sayı 32 nəfər olub: "Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar”.