Çində ordu generalı intihar etdi

Çin Xalq Azadlıq Ordusunun generalı Çen Tzse intihar edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şençjen şəhərində qeydə alınıb.

 

54 yaşlı general-mayor orduda siyasi komissar vəzifəsində çalışırmış.

 

Son həftə ərzində Çin ordusunun üç yüksək rütbəli zabiti özünə qəsd edib. Müşahidəçilər bunu ordu sıralarında aparılan korrupsiya araşdırmaları ilə əlaqələndirir.