2014-cü ildən həbsdə olan müğənni Dəniz Sekinin azadlığa çıxma günü və saatı bəlli olub.
Sabahinfo.az axşam.az-a istinadən bildirir ki,o, iyunun 5-də saat 09:00-da Bakırköy həbsxanasından azadlığa çıxacaq.
Qeyd edək ki, D.Seki 2009-cu il fevralın 2-də "narkotik maddə ilə təmin etmək" ittihamı ilə həbs olunub və oktyabrın 24-dəki ilk məhkəməsinə kimi həbsdə yatıb. Daha sonra azadlığa buraxılsa da, "Kokain satmaq, almaq və istifadə etmək", "Başqalarını narkotik maddə ilə təmin etmək" ittihamları ilə yenidən haqqında cinayət işi açılıb. Məhkəmə 6 il 3 ay həbs cəzası qərarı çıxardıqdan sonra D.Seki ortalıqdan itmiş, 2014-cü ilin noyabrın 6-da gizləndiyi evdə həbs olunmuşdu.