Bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Sənqaçal Estakadasının "NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşmışdır.
sabahinfo.az-a verilən məlumata görə baş vermiş
hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq
Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq
təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları
nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- "Gültəkin Əsgərova”, "Vadim Seyidov”,
"Vixr-5” ilk öncə hadisə yerinə yönəldilmişdir. İkinci mərhələdə isə "Caspian
Provider”, " Caspian Pride” və "Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan
qaldırılması məqsədilə hadisə yerinə cəlb edilimişdir.
Hal-hazırda
qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan
şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim
nəzarətdə saxlanılmaqdadır.