Dövlət müəssisələri yoxlanıldı

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.


Hesablama Palatasından verilən məlumata görə, iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Respublikasının Məcburi Köçkünlərin İnkişaf Fondu tərəfindən həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadə vəziyyətinə dair Hesabatlar və Rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.