Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclası keçirilib.
Bu barədə AzVision.az-a Əfv komissiyanın üzvü, Xalq şairi Zəlimxan Yaqub məlumat verib.
O, qeyd edib ki, bayram gününə kimi əfv sərəncamı olacaq:
"Hörmətli prezidentimiz bayram günü məhkumları əfv edəcək. Prezident yanında Əfv Komissiyasının iclasları davam edir. Biz də orda iştirak edirik. Əfv olunacaq məhkumların sayı ilə bağlı indi heç nə deyə bilmərəm. Müzakirələr gedir. Allah bağışlayanı biz də bağışlayırıq. Allah bağışlamayanı biz də bağışlamırıq. Əfv sərəncamı bir həftə ərzində olacaq. Bütün işlər Prezidentimizdən aslıdır. Biz icraçıyıq. Əminəm ki, məhkumların ailələri bayramda sevinəcəklər”.