Əri ilə dalaşdı, intihar etmək istədi

Gəncədə ailə münaqişəsi zəminində baş verən mübahisə tərəflərdən birinin intihara cəhd etməsinə səbəb olub.

sabahinfo.az  "Report"a istinadən bildirir ki, şəhər sakini, 1989 -cu il təvəllüdlü Vüsalə Adil qızı Əliyeva həyat yoldaşı ilə dalaşdıqdan sonra bir neçə adda dərmanı eyni vaxtda içərək özünə intihara cəhd göstərib.
O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.