Ermənistan Müdafiə Nazirliyində korrupsiya baş alıb gedir

Ermənistan dünyada korrupsiyanın inkişaf etdiyi 17 ölkə siyahısında yer alıb.

sabahinfo.az  "epress.am” saytına istinadən xəbər verir ki, "Transparency İnternational” Korrupsiya Əleyhinə Mərkəzinin direktor müavini Sona Ayvazyan Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiyanın baş alıb getdiyini xüsusilə vurğulayıb.

Onun sözlərinə görə, seçkilər zamanı əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər. Onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər. Onlar hər şeyi heç də obyektiv göstərməyən İctimai Televiziyaya baxıllar və onlarda seçki ilə bağlı obyektiv fikir yaranmır. Belə bir vəziyyətdə onları qrup halında səsverməyə aparır, səslərini idarə edir və psixoloji təzyiq göstərirlər”,- deyə S.Ayvazyan qeyd edib.

S.Ayvazyan deyib ki, Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur. Büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunması barədə məlumat yoxdur.