Bunu "Rossiya Seqodnya" agentliyində keçirilən "Cənubi Qafqazın Avrasiya gələcəyi. Avrasiya İqtisadi Birliyi himayəsi altında inteqrasiya perspektivləri" adlı Moskva-İrəvan videokörpüsündə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti, politoloq Aleksandr Krılov bildirib. A.Krılov deyib ki, Avrasiya İqtisadi Birliyinə qoşulmağın Ermənistan üçün bir çox ziddiyyətli məqamları var: "Belə ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olduqdan sonra bu ölkə vətəndaşları üçün Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq asanlaşıb. Onlardan Rusiyada yaşamaq icazəsi və çalışmaq üçün əmək patenti almaq tələb olunmur. Nəticədə Ermənistandan Rusiyaya miqrant axını sürətlənib. Ermənistan sürətlə boşalır. Ölkə əhalisinin sayı getdikcə azalır. Bir sözlə, Avrasiya inteqrasiyasına qoşulmaq Ermənistanda demoqrafik vəziyyəti dəyişib və bundan sonra da dəyişəcək. Bu fakt isə Rusiyanın, o cümlədən Ermənistanın marağında deyil. Ermənistandakı sosial-iqtisadi problemlərin həllinə Avrasiya İqtisadi Birliyinə üzv ölkələr yardım edə bilər. Lakin bu ilk növbədə Ermənistan siyasi rəhbərliyindən, biznes elitasından asılıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, onların yerinə bu problemləri heç kəs həll etməyəcək".