İmişlidə zəlzələ oldu

Azərbaycanın İmişli rayonunda növbəti dəfə zəlzələ olub. Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, bu gün yerli vaxtla saat 14:30:13-də İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ 3 bal gücündə, 24 km dərinlikdə baş verib.