Bəzi
KİV-lərdə İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qaydaların tətbiq
edildiyi və bu qaydalara görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən
artıq buraxılmayacaqları ilə bağlı məlumatlar yayılıb.
İran
İslam Respublikasının Azərbaycandakı səfirliyi xəbərlərə münasibət
bildirib. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd
Ayətullahi məlumatları təkzib edərək deyib ki, İran Azərbaycan
vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb.
O, İran
İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın
güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, Azərbaycan
vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə
edərək, istənilən zaman İrana səfər edə bilərlər.
Ayətullahi
qeyd edib ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət
qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid
məntəqələrinin iş saatını artırıb.