İranda üç gündür ki, neft anbarı yanır

"Hadisə təxribat deyil, sırf texniki problemlər nəticəsində meydana gəlib”.

İranın Xuzestan vilayətinin Bender-Mahşahr şəhərində neft emalı zavodunda üç gündür ki, yanğın davam edir. 

sabahinfo.az İran informasiya agentliklərinə istinadən xəbər verir ki, hadisə yerinə fövqəladə vəziyyətin aradan qaldırması üzrə tədbirlərin koordinasiyası üzrə neft naziri Bijan Namdar Zanqane gəlib. 

O, jurnalistlərə bəyan edib ki, hadisə təxribat deyil, sırf texniki problemlər nəticəsində meydana gəlib. 

Hadisə çərşənbə günü axşam saatlarında qurğuların birində neft məhsulunun sızması nəticəsində baş verib, daha sonra alov neft ambarını bürüyüb. 

Yanğınsöndürən və xilasedicilərin üçüncü gündür ki, göstərdikləri səylərə baxmayaraq, alovu söndürmək mümkün olmayıb. 

Yanğının anbarda olan ehtiyatın tamamən yanıb bitməsinə qədər davam edəcəyi ehtimal edilir.