Milyarder həmyerlilərinə 4 milyard dollar paylayır

4 milyard dollar pulu olan biznesmen bu məbləğin demək olar hamısını Kamboca və Vyetnam sərhədində yerləşən doğma şəhərinin 10 min nəfərlik sakinlərinə paylayıb.

sabahinfo.az xarici mediaya istinadən bildirir ki, hər adama 500 min dollara yaxın pul düşüb.

Yerli sakinlər hələ də bayram edir, məmurlar isə beynəlxalq aləmə həyəcan təbili çalırlar.

Kao Nxeek adlanan bu şəhərdə yeganə gözəgəlimli ev olub və gələcək milyarder Prak Sota həmin evdə doğulub. O və şəhər sakinlərinin əksəriyyəti kasıb ailədə böyüyüb. Prak 40 yaşında Kambocanın paytatı Pnompenə gedərək universitetə qəbul olub. Onun sözlərinə görə, o, Kaodan elmi dərəcə alan ilk adam olub. 70 yaşında Tailanda gedərək kauçuk satmaq üçün biznes qurub. İşləri yaxşı gedib və onilliyin axırında ilk milyon dollar qazanıb.

Bundan sonra, Sota qızıl alverinə də girişib və 2014-cü ildə onun varidatı 4 milyard dollar dəyərləndirilib. Sonra həyatında dönüş anı yaşanıb. Ayaqqabı fabriklərindən birində yanğın baş verib, 4 nəfər həlak olub. Sota bu faciəni o qədər ürəyinə yaxın qəbul edib ki, nəticədə həmin ailələrə yardım vəd edib. Ancaq iş pul verməklə bitməyib. Həmin anlarda biznesmenə yaxın olanlar danışır ki, yanğınla bağlı tarix onu çox sarsıdıb və onun həyata baxışlarını tamamilə dəyişdirib.

Sota o vaxtdan Kambocada kasıblıq problemini fəal şəkildə həll etməyə başlayıb, hər dəfə bürokratiya və korrupsiya ilə üzləşib. O, heç nə tikə bilməyib, məmurlar işçilərin əmək haqqının artırılmasına imkan verməyiblər. Nəhayət, milyarder bütün xeyriyyə fəaliyyətini öz əlində cəmləşdirməyə qərar verib. Bütün pulunu şəxsən kasıblara vermək ideyası onun ağlına 2016-cı ildə, doğma şəhərinə səfəri zamanı gəlib

"Mən orada bir neçə on il olmamışdım və istəyirdim ki, orada hər şeyin dəyişdiyini görüm. Mən çox məyus oldum. Heç bir dəyişiklik olmamışdı. Hər şey yalnız pis idi. Onda qərara gəldim ki, öz varidatımı sərf edib böyüdüyüm yerdə yaşayan adamlara kömək edim”, - biznesmen vurğulayıb.

Sota oktyabrın 16-da keçirdiyi mətbuat konfransında bunları bəyan edib: "Kaoda 10 mindən az adam yaşamır. Mən öz pulumun 98 faizini bərabər şəkildə bu şəhərin sakinlərinə vermək niyyətindəyəm. Onlar öz arzularını reallaşdırmaq üçün bu pulu sərf etsinlər. Mən istəyirəm ki, onların nə zamansa mənim imkanım olduğu kimi uğur əldə etməyə imkanları olsun”, - biznesmen deyib.

Kaoda heç kim bu xəbərə sözsüz ki, inanmayıb. Bu təəccüblü deyil, çünki burada illik orta əmək haqqı min dollardır. Sota isə Kaoya özü gəlib ki, yerli sakinlərin bütün rekvizitlərini özü yığsın. Bu şəhərdə adamların həyatı bayrama çevrilib. Bununla belə, Sotanı bu addımına görə qınayanlar, hətta tənqid edənlər də tapılıb.

"Kaoda orta imkanı olan fermer bu qədər pulu yalnız 500 ilə qazana bilər, yerli sakinlərin əksəriyyəti isə 5 min ilə. Bu, tamamilə Sota tərəfindən məsuliyyətsiz addımdır. Biz çox arzulayırıq ki, adamlar pullarını ağılla xərcləyəcəklər”, - yerli məmurlardan biri bəyan edib.